Keçid linkləri

Təcili xəbərlər
2023, 02 İyun, Cümə, Bakı vaxtı 10:10

Tehrandakı etirazçıları "naməlum vandallar" güllələyib


Tehranda şənbə günü ölən etirazçılara “vandallar” atəş açıb, polis yox. İranın ingilis dilli dövlət televiziyası Press TV-nin bu gün yaydığı məlumatda belə deyilir. Press TV Tehran prokurorluğuna istinadən bildirir ki, seçkisonrası etirazlar vaxtı “naməlum vandallar” etirazçılara atəş açıblar.

Bazar günü yayılan məlumatda qeyd olunurdu ki, polislə “terrorçular” arasındakı küçə toqquşmalarında 10 adam həlak olub, 100-dən çox adam yaralanıb.

Şahidlərə istinadən xəbər verən Qərb agentlikləri isə etirazçılara hökuməti dəstəkləyən Bəsic hərbçilərinin atəş açdığını bildirir.
XS
SM
MD
LG