
İyunun 22-də İsveçrənin Nyon şəhərində atılmış püşk «Bakı»nı Litva klubu ilə qarşılaşdırıb.
Keçən mövsüm ÇL-in qrup mərhələsində uğurlu çıxış etmiş Belarusun BATE klubu Makedoniyanın «Skopye» klubu ilə qarşılaşacaq.
İlk oyunlar 14-15 iyul, cavab qarşılaşmaları isə iyulun 21-22-də olacaq.
UEFA Avropa Liqasının birinci seçmə mərhələsində isə «İnter» (Bakı) «Spartak Trnava» (Slovakiya) ilə qarşılaşacaq. «Simurq» (Zaqatala) isə «Bney Yehuda» (İsrail) ilə qüvvəsini sınayacaq.
İlk oyunlar iyulun 2-i, cavab qarşılaşmaları isə iyulun 9-da keçiriləcək.
Ağdamın «Qarabağ» klubu Avropa Liqasına ikinci mərhələdən qoşulacaq.