Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:28

Rusiya tarixini şişirdir


Rusiya hökuməti rus millətinin keçmişini mükəmməlləşdirmə cəhdlərini davam etdirir. Ölkənin Müdafiə Nazirliyinin internet saytına yerləşdirilmiş yazıda deyilirdi ki, Hitlerin Polşaya ərazi iddiaları işğalçılıq kimi qiymətləndirilməməlidir. Polşa buna qarşı çıxandan sonra, həmin yazı saytdan yığışdırıldı.

«Vaşinqton Post»da dərc olunmuş Maşa Lipmanın «Rusiya yenə tarixin üstündən keçir» adlı yazısında belə deyilir.

Bu yazı Müdafiə Nazirliyinin internet səhifəsindən çıxarılsa da rəsmi saytda «SSRİ-nin İkinci Dünya Müharibəsi ərəfəsində və müharibənin birinci mərhələsində rolu ilə bağlı uydurulmuş və saxtalaşdırılmış» yazıya laqeyd yanaşmaq olmur. Yazının başlığı keçən ay prezident Dmitri Medvedevin fərmanına əsasən yaradılmış dövlət komissiyasının məqsədlərini də əks etdirir - Rusiyanın maraqlarına zidd olan tarixi saxtakarlıq cəhdlərinə qarşı çıxmaq. Müəllifin sözlərinə görə bu missiya artıq təhrif etmə və sui-istifadə potensialının göstəricisidir. Bu onu nəzərdə tutur ki, böyük tarixi faktlar Rusiyanın dünya statusuna xələl gətirə bilməz və faktlar təhrif oluna bilər.

Serqey Narışkinin rəhbərlik etdiyi komissiyaya müxtəlif dövlət orqanlarından rəsmilər və iki aparıcı tarixi araşdırma institutunun rəhbəri daxildir. Serqey Narışkin deyib ki, komissiya Rusiyanın müharibədə rolunu azaltmağa çalışan siyasi hərəkatlar və hətta hökumətlərlə olan məsələyə baxacaq və müəyyən iddialar irəli sürəcək. «Biz buna dözə bilmərik. Mənasız ciyiltilərə və qışqırıqlara qulaq asıb sakit qala bilmərik. Biz cavab verməliyik».

Komissiya üzvi, Kremlə sadiq Serqey Markov isə daha dəqiq ifadə edib. Onun dediyinə görə Estoniya, Latviya və Ukrayna dövlət gücünü tam olaraq tarixin saxtalaşdırılmasına yönəldib. Öz dəbdəbəliliyi ilə tanınan Markov Estoniya, Latviya, Ukrayna, Gürcüstan və Polşada tarixçiləri onlara təsir edən dövlət diktaturasından qurtarmağı planlaşdırdıqlarını deyib.

20-ci əsr boyu Kommunist partiyasının xeyli tarixi uydurma və saxtalaşdırmaları olub. Stalin dövründə məktəblilərə xalq düşmənləri haqqında məlumat verilirdi. Bunlar Sovet rejiminin öldürdüyü kommunist elitasının əvvəlki üzvləri idi.

Bu gün isə əksinə, hökumət ideoloji səhv təhrifləri aradan qaldırmaq niyyətində deyil. Hətta Markov deyir ki, akademik araşdırmaya lüzum qalmaya bilər. (Lakin hökumətin peşəkar tarixçilərə əcnəbi həmkarlarının saxtalaşdırılmış araşdırmalarını tapmaq tapşırığı verdiyi haqqında da məlumatlar var).
Rusiya məmurları üçün Sovet İttifaqının Hitlerə qalib gəlməsi faktı müharibədən əvvəlki və sonrakı inkişaf üçün vacib amildir. Heç kəs Rusiyanın 3-cü Reyx üzərində qələbəsini danmasa da, Sovet İttifaqının işğalçı rolu da Şərqi Avropa və Baltik ölkələrinin yaddaşından silinə bilməz. Sovet İttifaqı haqqında bu cür qavrayış tərzi öz milli mənsubiyyətlərini və dövlətçilik hisslərini möhkəmlətəmək istəyən ölkələrdə istifadə olunur.

Baxmayaraq, Rusiyanın bu cür baxışını başqa millətlərə aid eləmək olmur. Rusiyanın edə biləcəyi də media və təhsil kitablarında siyasi motivli təhriflər etməkdir.

Hakimiyyətin tarixi faktlarda saxta və dahi fikirləri ayır etmə cəhdində başqa bir narahatlıq doğuran məqam var. Vladimir Putinin vaxtında tarixi arxivlərə giriş daha çox məhdudlaşdırılmışdı. O arxivlərdə Rusiyanın imicinə xələl gətirəcək xeyli faktlar var.
Sovet rejimin qurbanları ilə bağlı arxiv araşdırmaları aparan Rusiya Memorial Cəmiyyətinin direktoru Arseni Roqinski komissiyanın onların işinə əngəl törədəcəyini gözləyir.

Saxtakarlıqla mübarizə komissiyası birbaşa akademik araşdırmaya müdaxilə etməyəcək. Lakin bununla belə bu mümkündür və narahatlıq doğuran haldır.

«Vaşinqton Post»da dərc olunmuş Maşa Lipmanın «Rusiya yenə tarixin üstündən keçir» adlı yazısında belə deyilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG