Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 06:21

İsrail deyir ki, Fələstin danışıqlarda heç bir şərt irəli sürməməlidi


İsrailin xarici işlər naziri Aviqdor Liberman deyir ki, İsrail fələstinlilərlə sülh danışıqlarına hazırdır, amma bir şərtlə ki, Fələstin tərəfi heç bir ilkin şərt irəli sürməsin.

Söhbət İordan çayının qərb sahilindəki yəhudi qəsəbələrindən gedir.

Fələstin hökuməti deyir ki,əgər bu qəsəbələrin tikintisi dayandırılmasa İsraillə danışıqlara getməyəcək.

Liberman BMT-nin baş katibi Ban ki Munla görüşdükdən sonra jurnalistlərə deyib ki, Birləşmiş Ştatlarla İsrail bu qəsəbələrə görə öz aralarındakı fikir ayrılıqlarını çox güman ki, aradan qaldıracaqlar.
XS
SM
MD
LG