Keçid linkləri

2024, 14 Sentyabr, şənbə, Bakı vaxtı 17:46

Ermənistanda məmurlara xaricdə dincəlmək qadağan edildi


Ermənistanın Baş naziri Tiqran Sarkisyan yüksək rütbəli məmurlara tapşırıb ki, uzunmüddətli yay tətili götürməsinlər.

Dünən Sarkisyan bildirib ki, son dörd ayda ölkədə iqtisadi artım 10%-ə qədər azalıb. İşin çox olduğu bu cür vaxtda məmurların çoxu bir aylıq yay məzuniyyəti istəyir.

Sarkisyan məmurlara ölkədən kənarda dincəlməyi də qadağan edib.

Bu çıxışdan sonra nazirlərin çoxu jurnalistlərə müsahibələrində Baş nazirin ədalətli olduğunu deyiblər.
XS
SM
MD
LG