Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 15:44

London İranın səfirindən izahat istəyir


Britaniyanın Xarici İşlər Nazirliyi İranın Londondakı səfirini izahat üçün Nazirliyə şağırıb. Səfirdən İranın ali dini rəhbəri Ayətullah Xamneyinin Britaniyaya qarşı səsləndoirdiyi fikirlərə aydınlıq gətirməsi istənilib.

Bu gün Xamneyi çıxışında Qərb ölkələrini İranın daxili işlərinə qarışmaqda ittiham edib. Amma o, yalnız Britaniyanın adını çəkib.

Brüssəldə səfərdə olan Britaniyanın Baş naziri Qordon Braun da bildirib ki, İranda mitinqçilərə qarşı zorakılığın pislənməsində Avropa Birliyi liderlərinin hamısı həmrəydir.
XS
SM
MD
LG