«Mən gördüm ki, siz burda xeyli adamdan daha demokratiksiniz». Milli Məclisdə «Təhsil haqqında» qanun layihəsi müzakirə olunarkən deputat Pənah Hüseyn spiker Oqtay Əsədova belə deyib. Bəzi deputatlar layihənin müzakirəsiz qəbul olunmasında təkid etsələr də, spiker müzakirələr üçün şərait yaradıb. Oqtay Əsədov deyib ki, danışmaq istəyənlərə söz veriləcək. Bundan sonra söz alan Pənah Hüseyn belə deyib:
«Mən gördüm ki, siz burda xeyli adamdan daha demokratiksiniz».
Deputatlar bu sözdən sonra gülüb əl çalıblar.
Ancaq buna baxmayaraq, parlamentin budəfəki iclasında da Pənah Hüseyn insidentsiz ötüşməyib. Onun QHT-lərlə bağlı qanuna təklif edilən əlavə və dəyişikliklərə münasibət bildirməsi deputat Azay Quliyevin reaksiyasına səbəb olub.
Pənah Hüseyn deyib ki, «QHT-lərə Dövlət Dəstəyi Şurasının bir-iki üzvü ilə separat danışıq aparmaq, onların razılığının alınması demək deyil. 150-yə yaxın QHT yığışıb qanuna dəyişikliyə yox deyir».
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri olan deputat Azay Quliyev isə Pənah Hüseynə «separatizmlə siz məşğul olursunuz» deyib.
Spiker Oqtay Əsədov qızışan müzakirələrə belə yekun vurub: «Pənah Hüseyn buna cavabını yazılı verər».