Keçid linkləri

2025, 10 Fevral, Bazar ertəsi, Bakı vaxtı 04:01

«Şou əhlinə olunan hörmət Səməd Vurğuna olunmur»


Sonuncu sözləri deyərkən Zeynəb Xanlarova kövrəlib
Sonuncu sözləri deyərkən Zeynəb Xanlarova kövrəlib
«Şou əhlinə olunan hörmət Səməd Vurğuna olunmur». Milli Məclisin iyunun 19-dakı iclasında cari məsələlər müzakirə olunarkən deputat Zeynəb Xanlarova belə deyib:

«Mən dünən Səməd Vurğunun ev muzeyindəydim. Orda vəziyyət yaxşı deyil. Belə bir hörmətli adamın ev muzeyinin bu vəziyyətdə olması düzgün deyil. İndiki prezidentimiz cənab İlham Əliyev atası kimi incəsənətə qayğı göstərir».

Deputat Zeynəb Xanlarova deyir ki, o istəyir ki, şou əhlinə verilən qiymət Səməd Vurğuna da verilsin:

«Bu gün əməkdar artist adını alırlar, sabah xalq artisti adını. Halal xoşları olsun Amma Səməd Vurğuna da hörmət olunsun».

Sonuncu sözləri deyərkən Zeynəb Xanlarova kövrəlib.
XS
SM
MD
LG