Keçid linkləri

Təcili xəbərlər
2021, 13 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 03:24

Ayətullah Əli Xameneyi seçkilərə münasibət bildirəcək


İranın Ali ruhani lideri Ayətullah Əli Xameneyinin iyunun 19-da prezident seçkilərindən sonra ölkədə yaranan böhranla bağlı Tehranda çıxış edəcəyi gözlənilir. Çıxış cümə namazı vaxtı olacaq.

Xameneyi bir qədər əvvəl iranlıları ictimai nümayişləri dayandırmağa və president Mahmud Əhmədinejad ətrafında birləşməyə çağırmışdı.

Əhmədinejat İranda iyunun 12-də keçirilən president seçkilərində yenidən qələbə qazanıb.

Ancaq prezidentliyə namizəd Mir Hüseyn Musəvinin tərəfdarları Xameneyinin çağırışlarını qəbul etməyib və son 6 gündə rəsmi qadağaya baxmayaarq yürüşlər keçirib.

Müxalifət seçkinin nəticələrinin saxtalaşdırıldığını deyir və yeni seçkilərin keçirilməsini tələb edir.
XS
SM
MD
LG