Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:22

Universitetdən qovulan tələbənin məhkəməsi olub


«Dalğa» Gənclər Hərəkatının cənub bürosunun rəhbəri Lənkəran Dövlət Universitetindən (LDU) qovulan Pərviz Əzimovun həmin universitetə qarşı qaldırdığı iddia üzrə qərar iyunun 22-də veriləcək. Lənkəran rayon Məhkəməsində bu gün keçirilən prosesdə hakim Azər Səmədov belə qərar verib.

Hakim prosesdə tərəflərə barışıq təklif etsə də, P.Əzimov təklifi qəbul etməyib. Qarşı tərəfin də çıxışı dinləndikdən sonra hakim prosesi iyunun 22-dək təxirə salıb.

P.Əzimov LDU-nu bitirməyə 3 ay qalmış universitetdən qovulub. O, bunu ali məktəbdə baş verən rüşvətxorluqla bağlı KİV-dəki çıxışları ilə bağlayır. LDU rəhbərliyi isə bu addımın tələbənin nizam-intizam qaydalarını pozduğuna görə atıldığını bildirir.
XS
SM
MD
LG