Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:22

Terrora cəhd edənlərə hökm oxunub


Təqsirləndirilən şəxslər etiraz əlaməti olaraq hökm oxunarkən ayağa qalxmayıblar
Təqsirləndirilən şəxslər etiraz əlaməti olaraq hökm oxunarkən ayağa qalxmayıblar
Terrorçuluqda təqsirli bilinərək həbs edilən Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədov 15 il azadlıqdan məhrum edilib.

Onunda bərabər daha 19 nəfər terrorçuluğa cəhddə təqsirli bilinərək 2 ildən 18 ilədək azadlıqdan məhrumetmə cəzası alıb. Hökmü iyunun 18-də Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə keçirilən prosesdə hakim İslam Neymanov çıxarıb.

İstintaq materiallarına görə, təqsirləndirilən şəxslər dini radikal qruplaşma yaradaraq hərbi mübarizəyə başlamağı planlaşdırıblar. Dəstə üzvləri Bakıda «LUKoil» yanacaqdoldurma məntəqəsinə basqın etməkdə, ABŞ-ın və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda təqsirli bilinib.

Təqsirləndirilən şəxslər etiraz əlaməti olaraq hökm oxunarkən ayağa qalxmayıblar. Hakim hökm oxuyarkən 20 nəfərlik dəstə «Allahu Əkbər» nidasını səsləndirib.
XS
SM
MD
LG