Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:29

Attestat qiymətləri iyunun 21-də bəlli olacaq


Orta məktəblərdə iyunun 3-16-da keçirilən buraxılış imtahanlarının nəticələri iyunun 21-dək açıqlanaraq məktəblərə göndəriləcək.

Xəbəri «Azadlıq» radiosuna Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı verib.

Zəminə Əliqızı bildirib ki, indi test imtahanlarının cavabları yoxlama mərhələsindədir. İmtahanlarla bağlı bütün informasiyaları Təhsil Nazirliyinin internet saytından - www.edu.gov.az - əldə etmək olar.
XS
SM
MD
LG