Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:40

Həbs olunmuş sahibkar Göyçaya gətirilib


Göyçayda həbs olunan sahibkar Çingiz Mayılov Gəncə istintaq təcridxanasından Göyçay Polis İdarəsinin müvəqqəti saxlanma məntəqəsinə gətirilib. Xəbəri «Azadlıq» radiosuna Çingiz Mayılovun vəkili Vidadi İsgəndərov verib.

Vəkil bildirib ki, müdafiə etdiyi şəxslə bağlı Göyçay polisində Cinayət Məcəlləsinin 211.1.3 (silahdan istifadə etməklə qatı xuliqanlıq) maddəsi ilə açılan cinayət işi iyunun 18-də yoxlanmaq üçün Respublika Prokurorluğuna göndərilib.

Göyçayda motel sahibi olan Çingiz Mayılov iyunun 11-də həbs edilib. O, polis bölməsində pol taxtası ilə 5 polisə hücum etməkdə təqsirli bilinir.

Sahibkarın bacısı isə «Azadlıq» radiosuna bildirib ki, qardaşını şərləyərək tutublar. Göyçay rayon Polis İdarəsinin rəisi Elçin Məmmədyarov hər ay qardaşından 2000-2500 manat rüşvət tələb edirmiş. Sahibkar bu haqda hüquq-mühafizə orqanlarını xəbərdar etsə də, fakt dəqiqliklə araşdırılmayıb. Göyçay Polis İdarəsində isə rüşvət faktını təkzib ediblər.

İyunun 17-də motel sahibi olan Çingiz Mayılovun 30-a yaxın qohumu Bakıda tikilməkdə olan yaşayış binasının 7-ci mərtəbəsindən özlərini atmaq istəyərək intihara cəhd göstəriblər. Polis aksiyanın qarşısını alıb.
XS
SM
MD
LG