Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 06:24

Brüsseldə Avropa Birliyinin sammiti başlayır


İyunun 18-də Brüsseldə Avropa Birliyinin 2 günlük sammiti öz işinə başlayır. Üzv dövlətlərin Xose Manuel Barozzunu ikinci dəfə Avropa komissarı vəzifəsinə namizədliyini dəstəkləyəcəyi güman olunur.

Portuqaliyalı mühafizəkarın toplantıda növbəti 5 il üçün planlarını təqdim edəcəyi gözlənilir.

Sammitdə həmçinin Lissabon razılaşmasının qüvvəyə minəcəyi təqdirdə İrlandiyaya suverenliyinin qorunacağına dair qanuni zəmanətin verilməsi də müzakirə olunacaq.

Sənəd Avropa Birliyinin səmərəliliyinin artırılması üçün islahatların aparılmasını nəzərdə tutur.

Birlik razılaşmanın ratifikasiyası üçün İrlandiyada yenidən referendumun keçirilməsini istəyir.

Ötən il irlandlar bu sənədi qəbul etməmişdi.
XS
SM
MD
LG