Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:14

Əfqanıstana əlavə 8-10 min beynəlxalq qüvvə göndəriləcək


«Əfqanıstanda seçkilərə dəstək üçün əlavə 8 – 10 min beynəlxalq qüvvə göndəriləcək». NATO Baş katibi Yap de Hup Sxeffer belə deyib.

İyunun 17-də Kabildə səfərdə olan Sxeffer Əfqanıstan prezidenti Həmid Kərzai ilə görüşüb. Kərzai qarşıdan gələn prezident seçkilərində yenidən öz namizədliyini verib.

Ondan başqa prezidentlik uğrunda sabiq Maliyyə naziri Əşrəf Qani və sabiq XİN Abdulla Abdulla da mübarizə aparır.

NATO baş katibi Əfqanıstanda azad və şəffaf seçkinin keçirilməsinin vacibliyini vurğulayıb.
XS
SM
MD
LG