2026, 23 Noyabr, bazar ertəsi, Bakı vaxtı 01:10

Kamran Əsədovun dəstəsinə hökm oxunmalıdır

«Lukoil» yanacaqdoldurma məntəqəsinə silahlı basqın, ABŞ və İngiltərə səfirliklərinə qarşı terror törətməyi planlaşdıran Kamran Əsədovun dəstəsinə iyunun 18-də hökm oxunmalıdır.

K. Əsədov və daha 19 nəfər terrorçuluqda, quldurluqda, qanunsuz silahlı birləşmə yaratmaqda ittiham olunurlar.

Prokuror ittiham olunan 16 nəfərin 12-15 illiyinə, qalanlarınınsa 2 ildən 7 ilə qədər azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.

Vəkillər isə deyirlər ki, təqsirləndirilənlərin bəzilərinin əməllərində terror yoxdur, hüquq-mühafizə orqanları terrorun qarşısını almaq görüntüsü yaratmaq istəyirlər.
XS
SM
MD
LG