Keçid linkləri

2017, 22 İyul, şənbə, Bakı vaxtı 13:05

Britaniyanın maliyyə naziri istefa verib


Britaniyanın maliyyə naziri Kitti Aşer istefa verib. Onu vergidən yayınmada ittiham edirdilər.

Bir qədər əvvəl KİV-i xəbər yaymışdı ki, 2007-ci ildə nazir ikinci evini birinci kimi sataraq, əmlakdan gələn gəliri vergidən yayındıra bilib.

K. Aşer isə ittihamları qəbul etmədiyini, ancaq hökumətin imicinə zərər vurmamaq üçün istefa verdiyini deyib.

Maliyyə naziri vəzifəsinə yerli özünü idarəetmə naziri Sara MakKarti-Fray təyin olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG