Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:03

Özlərini 7-ci mərtəbədən atacaqları ilə hədə gəldilər


Aksiyada iştirak edənlər iş adamının yaxın qohumları və moteldə işləyən işçilər olub
Aksiyada iştirak edənlər iş adamının yaxın qohumları və moteldə işləyən işçilər olub
İyunun 17-də Göyçay rayonunun 50-yə yaxın sakini Bakının Səməd Vurğun küçəsində tikilməkdə olan çoxmərtəbəli binanın 7-ci mərtəbəsinə çıxaraq intihara cəhd ediblər. Amma Nəsimi rayon Polis İdarəsinin əməkdaşları bu cəhdin qarşısını alıb və sakinləri aşağı düşürüblər.

Sakinlərdən birinin - Minayə Mayılovanın vəziyyəti pisləşib və o, xəstəxanaya çatdırılıb.

Göyçay sakinləri intihara cəhdi rayondakı «Sadiq Çingizoğlu» motelinin sahibi Çingiz Mayılovun həbsi ilə əlaqələndiriblər. Aksiyada iştirak edənlər iş adamının yaxın qohumları və moteldə işləyən işçilər olub.

İntihara cəhd edən Çingiz Mayılovun bacısı «Azadlıq» radiosuna deyib ki, bir neçə müddət imiş ki, Göyçay rayon Polis İdarəsinin rəisi Vüqar Məmmədyarov hər ay ondan 2000-2500 manat qeyri-qanuni haqq istəyirmiş. Bunu vermək istəmədiyi üçün qardaşı ilə polis rəisi arasında mübahisə yaranıb. Axırıncı dəfə isə Çingiz Mayılov polisə çağırılaraq həbs edilib.

İntihara cəhd edənlər iyunun 17-i səhər Prezident Administrasiyası və Respublika Prokurorluğunda olduqlarını, ancaq şikayətlərinin araşdırılacağına ciddi inamları olmadıqları üçün belə bir aksiyaya əl atdıqlarını deyirlər.

Çingiz Mayılovun vəkili Vidadi İsgəndərov isə müdafiə etdiyi şəxsin həbsi ilə bağlı bir çox qurumlara müraciət etdiyini, ancaq bunun heç bir nəticəsinin olmadığını deyib.

Polis bütün aksiya iştirakçılarını, o cümlədən onların arasında olan azyaşlı uşaqları və sahibkarın vəkili Vidadi İsgəndərovu da maşınlara mindirərək Nəsimi rayon 21-ci Polis Bölməsinə aparıb.

Hadisə yerində polislər «Azadlıq» radiosuna deyiblər ki, izahat alındıqdan sonra onlar sərbəst buraxılacaqlar.

Göyçay rayon Polis İdarəsindən növbətçi Vahid Musayev isə «Azadlıq» radiosuna deyib ki, polis rəisinin sahibkardan pul istəməsi barədə deyilənlər şər-böhtandır:

«Sadəcə, Çingiz Mayılov ikinci həyat yoldaşından boşanarkən məhkəmədə xuliqanlıq edib və buna görə də o polisə gətirilib. Bu hərəkətlərini polisdə də davam etdirib. Nəticədə onun haqqında Cinayət Məcəlləsinin xuliqanlıq maddəsilə cinayət işi açılıb və barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib».

Vahid Musayev Çingiz Mayılovun hazırda Gəncədəki təcridxanada saxlandığını da deyib .

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG