Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

İranda yenidən etiraz aksiyası keçirilməsi planlaşdırılır


İranda prezident seçkilərində qalib gələ bilməyən Mir Hüseyn Musəvinin tərəfdarları yenidən iyunun 17-i etiraz aksiyası keçirməyi planlaşdırırlar. Bu günlərdə 12 iyun prezident seçkilərindən sonra həm Mir Hüseyn Musəvinin, həm də qalib gəlmiş Mahmud Əhmədinejadın tərəfdarları küçələrə çıxaraq nümayiş keçiriblər.

İranın Daxili İşlər Nazirliyi ölkədəki xarici jurnalistlərə ölkədəki vəziyyəti işıqlandırmağı qadağan edib.

Müxalif nümayişçilər Əhmədinejadın qələbəsini elan edən seçkinin nəticəsinə yenidən baxılmasını istəyib. İyunun 16-ı İranın Ali Nəzarət Şurası səslərin yenidən sayılmasına hazır olduğunu bildirdi. Lakin Mir Hüsüyn Musəvinin təkrar seçki keçirilməsi tələbini qəbul etməyib.
Ölkədə baş verən qarşıdurmada 7 nəfər həlak olub.
XS
SM
MD
LG