Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:27

Gədəbəyə düşən dolu evlərin dam örtüyünü dağıdıb


Gədəbəyə düşən dolu rayondakı 90 faiz evlərin dam örtüyünü dağıdıb. 96 elektrik xəttləri sıradan çıxdığından əksər kəndlər işıqsız qalıb.

Bu barədə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısının müavini Qüdrət Paşayev məlumat verib. O, bildirib ki, 2 saat davam edən dolu nəticəsində 150-yə yaxın mal-qara tələf olub. Təsərrüfata ciddi ziyan dəyib.

«Aramsız yağan dolu nəticəsində Gədəbəy şəhəri, rayonun Arıxdam, Söyüdlü, Qaradağ və Ərtəpə kəndlərinə daha çox ziyan dəyib. Rayonun demək olar ki, 90 faizədək yaşayış evlərinin da örtükləri sıradan çıxıb, 69 elektrik xətti və 30 telefon dirəkləri aşıb».

Qüdrət Paşayev bildirdi ki, dolu Qaramurad çayını daşırıb nəticədə 8 kəndinin sakinlərinin istifadə etdiyi körpü yararsız hala düşüb. Hal-hazırda Fövqəlada Hallar Komissiyası tərəfindən rayona dəyən ziyan müəyyənləşdirilir.
XS
SM
MD
LG