Keçid linkləri

2025, 12 İyun, Cümə axşamı, Bakı vaxtı 02:27

İlham Əliyev Mahmud Əhmədinejadı təbrik edib


Prezident İlham Əliyev Mahmud Əhmədinejadı yenidən İran İslam Respublikasının prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Təbrik məktubunda deyilir: «Biz ölkələrimiz arasındakı münasibətlərin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Bu mənada tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın istək və məramı ilə bu gün ölkələrimiz arasında gerçəkləşən sıx əməkdaşlıqdan, daim genişlənən işgüzar əlaqələrimizdən məmnunluq duyuruq.

Əminəm ki, Azərbaycan-İran ikitərəfli münasibətləri bundan sonra da möhkəmlənəcək və hər iki xalqın maraqlarına cavab verəcəkdir».

Mahmud Əhmədinejad iyunun 12-də keçirilən prezident seçkilərində qalib gəlib.
XS
SM
MD
LG