Keçid linkləri

2024, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:51

Dünyadan Əhmədinejata təbriklər də var ehtiyatlı bəyanatlar da


İranda prezident seçkisinin nəticələri elan olunandan sonra Qərb dairələrindən proseslərə ehtiyatlı qiymət verən bəyanatlar səslənib.

ABŞ-ın dövlət katibi Hillari Klinton bildirib ki, ölkəsi prosesi yaxından izləyir və ümid edir ki, nəticə İran xalqının rəyini əks etdirəcək.

Britaniyanın Xarici İşlər naziri David Miliband deyib ki, London İran hakimiyyətinin seçkidə baş verən qanun pozuntularını aradan qaldırmağa çalışacağına ümid edir.

Avropa Birliyi seçkinin elan olunan nəticələrindən və zorakılıqdan narahat olduğunu bildirib.

Suriya və Venesuela prezidentləri isə artıq Əhmədinejatı qələbə münasibətilə təbrik edib.
XS
SM
MD
LG