Tehranda minlərlə adam prezident seçkilərinin nəticələrinə etiraz olaraq küçələrə çıxıb.
Polislə nümayişçilər arasında toqquşmalar olduğu xəbər verilir.
Polis Daxili işlər nazirliyi və digər vacib hökumət binalarını dövrəyə alıb.
İranın ali dini lideri Ayatolla Xamenei ölkə sakinlərini nəticələri tanımağa, seçilmiş prezidenti müdafiə eləməyə çağırıb.
Amma mötədil siyasətçi Musavi seçkinin nəticələrini tanımır və səsvermələr zamanı çoxlu qanun pozuntularına yol verildiyini deyir.
Həmçinin seçkidə 3-cü yerdə gələn digər mötədil namizəd Mehdi Karubi nəticələrin düzgün olmadığını deyir.
İranın Daxili İşlər Nazirliyi prezident seçkilərində indiki prezident Mahmud Əhmədinejadın qalib gəldiyini deyir.
Nazirliyin məlumatına görə Mahmud Əhmədinejad 62.6, onun əsas rəqibi Mirhüseyin Musavi isə 33.7 faiz səs toplayıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə seçkidə 85 faiz seçici iştirak edib.