Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

Şimon Peresin səfəri təxirə salınmayıb


İsrail prezidenti Şimon Peresin Azərbaycana səfəri təxirə salınmayıb. Bu barədə «Azadlıq» radiosuna İsrailin Azərbaycandakı səfirliyinin media və ictimaiyyətlə əlaqələr departamentinin direktoru Atəş Sultanov deyib.

Ş. Peresin səfərinin təxirə salındığı barədə xəbəri islam saytları «Antenn» radiosuna istinadla yayıb.

İsrailin baş nazir müavini və ölkənin xarici işlər naziri Aviqdor Liberman iyunun 3-də Moskvada olarkən bildirib ki, prezidentin səfəri iyunun 28-də baş tutacaq.

Ş. Peresi Azərbaycana səfəri zamanı İsrail iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edəcək.
XS
SM
MD
LG