Keçid linkləri

2026, 18 İyul, şənbə, Bakı vaxtı 13:55

Azərbaycan başqa ölkələrdən taxıl almayacaq

Bu il Azərbaycana xarici ölkələrdən buğda idxal olunmayacaq.

ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə kənd təsərrüfatı naziri İsmət Abbasov deyib.

Onun sözlərinə görə, bu il buğdaya olan ehtiyacı yerli fermer və sahibkarlar ödəyəcək.

Nazir deyib ki, bu il Azərbaycanda 2 milyon 100 min tondan artıq buğda istehsalı gözlənilir, ölkənin buğdaya olan tələbatı isə 1 milyon 600 min tondur.
XS
SM
MD
LG