Keçid linkləri

Təcili xəbərlər
2021, 14 İyun, Bazar ertəsi, Bakı vaxtı 10:58

Əli Həsənov: «Mətbuat ombudsmanına ehtiyac yoxdur»


«Mətbuat Şurasının mövcudluğu şəraitində mətbuat ombudsmanına ehtiyac görünmür». Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərin Azərbaycanda mətbuat ombudsmanı təsisatının yaradılması ilə bağlı təkliflərin hansı mərhələdə olduğuna dair sualını cavablandırarkən belə deyib.

O bildirib ki, «Mətbuat Şurası jurnalistlərin ümumi qurultayında formalaşıb. Şuranın sədri və İdarə Heyəti də qurultayda seçilib. Belə olan halda ayrıca mətbuat ombudsmanının yaradılmasına lüzum yoxdur».

Ə.Həsənov deyib ki, Azərbaycan jurnalistləri ayrıca bir ombudsmana ehtiyac olduğunu hesab etsələr, o zaman bu məsələyə baxmaq olaq: «Ancaq Mətbuat Şurasının mövcudluğu şəraitində belə bir ombudsmana ehtiyac görünmür».

/APA/
XS
SM
MD
LG