Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 01:09

Ilkin rəsmi nəticələr Əhmədineyadın qalib gəldiyini göstərir


İlkin rəsmi nəticələr göstərir ki, İranda keçirilmiş prezident seçkilərində indiki prezident Mahmud Əhmədinejad qalib gəlib.

Hələlik Mahmud Əhmədinejad 65, onun əsas rəqibi sayılan mötədil siyasətçi Mirhüseyin Musavi isə 32 faiz səs toplayıb.

Hazırda səslərin sayılması davam edir.

Amma Mirhüseyin Musavi seçkidə onun qalib gəldiyini, prossesdə saxtakarlığa yol verildiyini deyir.

Artıq Mahmud Əhmədinejadın tərəfdarları Tehranın küçələrində qələbələrini qeyd edirlər.

Daxili İşlər Nazirliyinin məlumatına görə seçkidə 80 faiz seçici iştirak edib ki, bu İranın tarixində rekord hesab olunur.
XS
SM
MD
LG