Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

İki tibb bacısı Florens Naytingeyl medalına layiq görülüb


Mükafat alan tibb bacısı Umleyla Aslanova və Gültəkin Qafarovanın bacısı (sağda)
Mükafat alan tibb bacısı Umleyla Aslanova və Gültəkin Qafarovanın bacısı (sağda)
İyunun 12-də iki tibb bacısı Umleyla Aslanova və ölümündən sonra Gültəkin Qafarova Beynəlxalq Qırmızı Xaç Komitəsinin Florens Naytingeyl medalıyla təltif olunublar. Bu medal dünyada müstəsna cəsarət nümayiş etdirmiş, münaqişə və fəlakət qurbanlarına xidmət göstərən tibb bacılarına və köməkçilərinə verilən ən yüksək mükafatdır.

Medal hər iki ildən bir müasir tibb işinin yaradıcısı hesab edilən Florens Naytingeylin anadan olmasının ildönümündə təqdim edilir. Bu günə qədər dünyada 1337 nəfər bu mükafata layiq görülüb, onlardan 10 nəfəri azərbaycanlıdır. Onlardan ikisi 1941-ci ildə həmin medala layiq görülüb. Hər ikisi dünyasını dəyişib.

Gültəkin Qafarova
Sonuncu mükafata layiq görülənlərdən Umleyla Aslanova 1980-2008-ci illərdə Binəqədi rayonunda qeydiyyatda olan 4 min nəfər ən çox ehtiyacı olan insanlara tibbi-sosial qayğı göstərib. Onun qayğı göstərdiyi adamların 71 nəfəri yataq şəraitində yaşayan tənha adamlar olub.

Ölümündən sonra Florens Naytingeyl medalına layiq görülən Gültəkin Qafarova 1996-2000-ci illərdə 100-dən çox tənha-kimsəsiz insana qulluq edib. Son iki ildə özünün onkoloji xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq kimsəsiz qocalara, xroniki xəstəliklərdən əziyyət çəkənlərə yardımını əsirgəməyib. Ömrünün sonuna qədər özü kimi onkoloji xəstəliklərdən əziyyət çəkənlərə psixoloji yardım göstərib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG