Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:46

Dünyanın 150 ən yaxşı kitabı...


«Dünya Ədəbiyyatı Kitabxanası»
«Dünya Ədəbiyyatı Kitabxanası»
Azərbaycan prezidentinin sərəncamı ilə nəşr edilən 150 cildlik «Dünya Ədəbiyyatı Kitabxanası» seriyasına rəsmən abunə yazılışı başlandı. Bu barədə Bakı «Kitab Klubu»nun iyunun 12-də keçirdiyi təqdimat mərasimində məlumat verildi.

«Kitab klubu»nun direktoru Elxan Rzayev: «Layihəyə görə kitablar çox gözəl dizaynda («Tutu» nəşriyyatı), yüksək poliqrafik keyfiyyətdə («Şərq-Qərb» və CBS mətbəəsi), həmçinin təzədən redaktə olunmuş şəkildə nəşr olunur. Kitablardan 120-si Azərbaycan dilində ilk dəfədir ki, işıq üzü görür. Kitablar pərakəndə satışda da olacaq, abunə kitabları isə satış qiymətindən 40 % ucuz olacaq. Abunə müddəti 2 ildir. İlk abunə kitabları iyul ayının əvvəlləri işıq üzü görəcək».

Naşirlərin bildirdiyinə görə kitabların abunə qiyməti 7 manatdan baha olmayacaq.

Təqdimat zamanı oxuculara kitabların maketləri də nümayiş etdirildi.

Kitabların siyahısı və abunə şərtləri ilə www.kitabklubu.org saytında tanış olmaq olar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG