Keçid linkləri

2024, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:24

NATO-nun Brüssel görüşü yekunlaşır


NATO ölkələri müdafiə nazirlərinin Brüssel görüşü bu gün sona yetir.

Birləşmiş Ştatların müdafiə naziri Robert Qeyts dünən bildirib ki, yaxın ilyarım ərzində Əfqanıstanda irəliləyişə nail olmaq lazımdır və Amerikanın bu fikriylə müttəfiq ölkələr də razıdır.

Müdafiə nazirləri həmçinin NATO-nun Əfqanıstandakı komandanlığında islahatlar aparılması, hərbi əməliyyatlara bir mərkəzdən nəzarət edilməsi, yerli qüvvələrə təlim keçilməsi və ölkədə yenidənqurma işləri aparılmasıyla bağlı Birləşmiş Ştatların planını qəbul ediblər.

NATO-nun Brüssel görüşündə Əfqanıstanla yanaşı, Somalidə dəniz quldurlarıyla mübarizə və Kosovodakı vəziyyət də müzakirə olunub.

İlin əvvəllərindən Əfqanıstanda hücum və terrorların sayı 50 faizdən də çox artıb.
XS
SM
MD
LG