«Hüseyn Arabulun Azərbaycan dövlət sərhədini keçərkən balıqçı formasında olması, onun fiziki görkəminə dəyişiklik edilməsi, sərhədçilərə rüşvət təklif etməsilə bağlı yayılan informasiyaları qəbul etmirik».
Bu sözləri «Azadlıq» radiosuna «Barmek Azərbaycan Elektrik Şəbəkə» MMC-nin prezidenti Arabulun vəkili Abbas Atakişi verib.
Vəkilin sözlərinə görə, xəbərlər Arabulun nüfuzuna ziyan vurulmaq üçün bilərəkdən yayılır.
A. Atakişinin sözlərinə görə, Arabula qarşı yalnız dövlət sərhəddini qanunsuz keçmə maddəsi ilə ittiham irəli sürülüb. İttihamda o da göstərilir ki, Arabul Alazan çayı ərazisində Azərbaycan-Gürcüstan dövlət sərhəddini keçib.
Vəkilin fikrincə, ilk sırada Arabulun sərhədi keçib-keçmədiyi və ona kimin yardım etdiyi, Azərbaycan tərəfə hansı qaydada qaytarıldığı müəyyən edilməlidir.
«Barmek Azərbaycan Elektrik Şəbəkə» MMC-nin prezidenti Türkiyə vətəndaşı Hüseyn Arabul Azərbayanda iqtisadi cinayətkarlıqda suçlu bilinərək cərimələnib və 5 il şərti cəza alıb. Cəza müddətində o, Azərbaycanı tərk edə bilməz.
Arabul iyunun 2-də saxlanıb Bayıl İstintaq Təcridxanasında saxlanır.