Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:42

Quantanamoda saxlananların ABŞ məhkəmələrinə gətirilməsinə başlandı


Quantanamo hərbi həbsxanasından ilk məhbus bu gün ABŞ-a gətirilib. Nyu- York Ştatında terrorla bağlı ittihamlarla məhkəmə qarşısına çıxarılmaq üçün.
ABŞ Ədliyyə nazirliyinin yaydığı məlumata görə, Tanzaniyalı Xəlfən Geylani bu gün ilk dəfə məhkəməyə çıxarılacaq. Geylani 1998-ci ildə iki Afrika ölkəsində ABŞ səfirliyini partlatmaqda ittiham olunur.
Geylani 2004-cü ildə Pakistanda həbs edilib, iki il sonra isə Kubadakı, Quantanamo həbsxanasına köçürülüb.

ABŞ prezidenti Barak Obamanın planına görə, ilin sonuna qədər Quantanamo həbsxanası bağlanacaq və orda saxlananlar ABŞ-dakı məhkəmələr qarşısına çıxarılacaq.
XS
SM
MD
LG