Keçid linkləri

2017, 24 Aprel, Bazar ertəsi, Bakı vaxtı 21:26

Rusiya, Belorus və Qazaxıstan Dünya Ticarət Təşkilatına birgə üzv olur


Rusiya, Belorus və Qazaxıstan Dünya Ticarət Təşkilatına vahid gömrük ittifaqı kimi üzv olmağa çalışacaq. Rusiyanın baş naziri Vladimir Putin iyunun 9-da belə deyib. Onun sözlərinə görə, hər 3 ölkənin baş nazirləri Moskvadakı danışıqlardan sonra belə qərara gəliblər.

Putin əlavə eləyib ki, bu gündən hər 3 dövlətin təşkilata ayrı-ayrı üzv olması üçün aparılan danışıqlar da dayandırılır. Hələ ki, razılaşmanın detalları haqda əlavə məlumat verilmir.

Belorusla Rusiya bir neçə ildir ki, rəsmən gömrük ittifaqı yaradıblar, Qazaxıstan isə bu ittifaqa qoşulmaq istədiyni bəyan eləmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG