Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:02

Azərbaycan millisi İspaniya yığması ilə görüşür


İyunun 9-u axşam saat 9-da Azərbaycan millisinin Tofiq Bəhramov adına Respublika stadionunda Avropa Çempionu İspaniya ilə yoldaşlıq oyunu başlayacaq. İspaniya yığması oyunda əsas heyətlə çıxış edəcək.

Futbol üzrə İspaniya yığma komandasının baş məşqçisi Visente del Boske iyunun 8-i keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycanla oyuna ciddi yanaşırlar. Onun fikrincə, onlar Azərbaycanla oyuna Konfederasiya Kuboku ərəfəsində sınaq kimi baxırlar.

İspaniya yığması iyunun 7-i Bakıya gəlib. Komanda Tofiq Bəhramov adına respublika stadionunda oyun öncəsi son məşqlərini keçirib.
XS
SM
MD
LG