Keçid linkləri

Təcili xəbərlər
2023, 02 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 10:00

Rumıniyanın Xarici İşlər Nazirliyinin Azərbaycanda səfərdədir


Rumıniyanın Xarici İşlər Nazirliyinin strateji işlər üzrə dövlət katibi Boqdan Auresku iyunun 8-i Azərbaycana işgüzar səfərə gəlmişdir.

İyunun 11-dək davam edəcək səfər çərçivəsində Boqdan Auresku Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcəkdir.

Rumıniya XİN-in dövlət katibi iyunun 9-u Azərbaycan-NATO Beynəlxalq Məktəbində “Şimali Atlantika Alyansının XXI əsrdə rolu” mövzusunda məruzə ilə çıxış edəcək. Iyunun 10-u isə Şimali Atlantika Tərəfdaşlığı Şurasının Bakıda keçiriləcək “Enerji təhlükəsizliyi: təhdidlər və perspektivlər” mövzusunda seminarda əsas məruzəçi olacaqdır.

XS
SM
MD
LG