Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 13:41

Neft Akademiyasındakı qırğından 40 gün keçir


İyunun 8-i Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qırğından 40 gün keçir
İyunun 8-i Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qırğından 40 gün keçir
İyunun 8-i Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qırğından 40 gün keçir.

Aprelin 30-da Neft Akademiyasında 12 nəfərin öldürülməsi, 13 nəfərin də yaralanmasıyla nəticələnən faciəli hadisə baş verib.

İstintaqın məlumatına görə, akademiyanın tədris korpuslarından birinə daxil olan 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Fərda Qədirov inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə «Makarov» tipli tapançadan atəş açaraq 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb, daha sonra özü də intihar edib.

Rəsmi məlumata görə, cinayəti törətmiş şəxsin üstündən «Makarov» tipli tapança, hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.2 (Xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (Xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (İki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (Adam öldürməyə cəhd) və 228.1 (Qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG