Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:15

İspaniya millisi artıq Bakıdadır


İyunun 9-da Azərbaycan Milli komandası ilə yoldaşlıq oyunu keçirəcək İspaniya millisi iyunun 7-I axşam saatlarında Azərbaycana gəlib.

Futbol azarkeşləri komandanı qarşılamaq üçün Heydər Əliyev beynəlxalq hava limanına yollanıblar. İspaniya Futbol Federasiyasının prezidenti Anxel Mariya Vilya Lyona və İspaniya millisinin qapıçısı İker Kasilyas hava limanında jurnalistlərin suallarını cavablandırıblar.

İyunun 8-i İspaniya milli komandasının baş məşqçisi Visente Del Boske mətbuat konfransı keçirəcək. Axşam saatlarında isə ispanlar Tofiq Bəhramov adına respublika stadionunda məşq edəcəklər. Son Avropa çempionlarının hazırlığı da mətbuat üçün açıq olacaq. Azərbaycan İspaniya yoldaşlıq görüşünün start fiti isə iyunun 9-da saat 21.00-da səslənəcək
XS
SM
MD
LG