Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:04

Qəzaya uğramış təyyarənin 17 sərnişinin cəsədi tapılıb


Braziliyanın hərbi dəniz donanması Atlantik okeanında qəzaya düşmüş təyyarədəki sərnişinlərdən artıq 17 nəfərin cəsədini tapıb. Rəsmilərin sözlərinə görə axtarışlar Braziliya və Fransa hərbi gəmiləri tərəfindən aparılıb.

Axtarış əməliyyatları davam edir. Əməliyyat işçiləri qəzaya uğramış təyyarənin «qara qutu»sunu axtarırlar.

Ötən bazar ertəsi qəzaya düşmüş təyyarədə 228 adam olub.

Air France şirkətinə məxsus təyyarə Braziliyadan Fransaya uçurmuş.

Fransa qara yeşiyin tapılması üçün hadisə yerinə sualtı qayıq göndərib.

Fransalı mütəxəssislər deyir ki, göyə qalxdıqdan 4 saat sonra təyyarənin sistemində nasazlıq yaranıb.
XS
SM
MD
LG