Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:22

Geranboyda bərpa işləri gedir


Goranboyun su basmış bölgələrində bərpa işləri gedir.

Bu barədə ANS Fövqəladə Hallar Komissiyasının sədri Ceyhun Həsənova istinadla xəbər verir.

Onun sözlərinə görə, artıq kəndlərin bəzi hissəsində elektrik enerjisi 90 faiz bərpa olunub,həyət və evlərdən suyun çəkilməsi davam etdirilir.

İyunun 6-da gecə saatlarında Goranboyun dağlıq ərazilərinə düşən güclü yağış çayların daşmasına səbəb olub, nəticədə ev və əkin sahələrini su basıb,4 ev və 6 körpü dağılıb.

7 körpü isə qəza vəziyyətindədir.

Ümimilikdə rayonun 31 kəndinə ziyan dəyib.
XS
SM
MD
LG