Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:48

Pakistanda yerli birləşmələr talibançılara hücum edib


Pakistanın şimal-qərbində yerli birləşmələr talibançıların mövqelərinə hücum edib.

Yuxarı Dir rayonundan verilən məlumata görə yerli birləşmələr talibançıların qonşuluqda yerləşən Dok-Darra rayonundakı dayaq məntəqələrinə hücum edərək azı 11 yaraqlını öldürüblər.

Ötən cümə günü ölümə gedən talibançının Yuxarı Dir rayonundakı məsçidi partladılması nəticəsində 30 dan çox adam ölüb.

Bu rayon talibançıların əsas bazası sayılan Svat vadisinin qonşuluğunda yerləşir.
XS
SM
MD
LG