Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 00:27

Benyamin Netanyağu sülh planıyla bağlı proqramını açıqlayacaq


İsrailin baş naziri Benyamin Netanyağu deyib ki, gələn həftə təhlükəsizlik və sülh planıyla bağlı kabinetin proqramını açıqlayacaq.

Lakin Netanyağu dəqiq hansı gün və harda çıxış edəcəyinə aydınlıq gətirməyib.

Benyamin Netanyağu heç zaman İordan çayının qərb sahilindəki yəhudi qəsəbələrinin sökülməsilə razılaşmayıb.

ABŞ prezidenti Barak Obama bu həftə Yaxın Şərq və Avropada səfərdə olarkən İsrailin Birləşmiş Ştatların ayrılmaz müttəfiqi olduğunu deyib, amma eyni zamanda fələstin ərazilərində yəhudi qəsəbələrinin tikintisini dayandırmağa çağırıb.

Barak Obama həmçinin İsraillə yanaşı müstəqil Fələstin dövləti yaradılması ideasını dəstəkləyib.
XS
SM
MD
LG