Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

Avropa Parlamentinə seçkilərin sonuncu mərhələsi keçirilir


Avropa Parlamentinə seçkilər bu gün sona yetir.

Birliyə daxil olan 27 ölkədən 19-da seçkinin sonuncu mərhələsi keçirilir.

Qalan ölkələrdə seçki artıq başa çatıb.

Mərkəzçi partiyaların 736 yerlik parlamentdə üstünlük təşkil edəcəkləri gözlənilir.

Amma əgər seçicilərin fəallığı aşağı olsa bir neçə qatı sağçı partiyalar uğur qazana bilər.

Rəy sorğuları seçicilərin fəallığının aşağı olacağını göstərir.

Seçkinin ilkin nəticələri artıq bazar ertəsinə keçən gecə bəlli olmalıdır.
XS
SM
MD
LG