Bir vaxtlar Karl Marks Bakıda da çox məşhur idi. Özü də təkcə kommunizmin ideoloqlarından biri kimi yox. O, ictimai nəqliyyatdan istifadə eləyən şəhər sakinləri arasında da yaxşı tanınırdı. 8-ci mikrorayon tərəfə gedən sərnişinlər gündə neçə dəfə avtobus sürücülərindən «Karl Marksın yanında» saxlamağı xahiş edirdilər. Çünki həmin yerdə Karl Marksın əzəmətli tunc heykəli ucalırdı. 1992-ci ildə Karl Marksın heykəli götürüldü. Yəqin, bəzi sərnişinləri həmin heykəlin indi harda olduğu maraqlandırır. O, «Nərimanov» metrosunun yaxınlığında «heykəltəraşların emalatxanası» adlanan ərazidədir. Əvvəlki əzəmətdən isə əsər-əlamət qalmayıb. İllərdir burda böyürü üstə uzanıb qalıb. İndi onun əvvəlki yerində isə benzindoldurma məntəqəsi fəaliyyət göstərir… |
Azadlıq Trend
1