Yaxın vaxtlarda Azərbaycan Xəzər dənizində genişmiqyaslı hərbi təlim keçirəcək. Bu barədə «APA»ya hərbi mənbələrdən məlumat verilib. Dövlət Sərhəd Xidmətinin (DSX) keçirəcəyi təlimdə Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyinin bir neçə gəmisinin də iştirakı nəzərdə tutulur. Hərbi təlimdə dənizdə gəminin zəbti, terrorçuların zərərsizləşdirilməsi, dənizdə infrastrukturların mühafizəsi kimi müxtəlif əməliyyatlar icra olunacaq, xüsusi təyinatlı qüvvələr sahilə çıxarılacaq. Bu, həm cəlb olunan gəmilərin, həm də əməliyyatların müxtəlifliyinə görə Azərbaycanın Xəzərdə keçirdiyi təlimlərdən ən böyüyü olacaq. |