«Goranboyda sel nəticəsində 320-dən çox ev dağılıb. 15 kənd, yəni rayonun təxminən 45 faizi işıqsız qalıb». Bu barədə Rayon Fövqəladə Hallar Komissiyasının sədri Ceyhun Həsənov məlumat verib. İyunun 6-sı gecə Goranboya yağan güclü yağış nəticəsində Tərtər çayı daşıb. «Sel nəticəsində ən çox ziyan rayonun Qızılhacılı kəndinə dəyib. 5 işıq transformatoru ildırım vurması nəticəsində sıradan çıxıb. Sel həmçinin Qaraçay və Goran çaylarının sahili boyunca yerləşən yaşayış məntəqələrindəki bağlara, biçənəklərə, suvarma sistemlərinə, o cümlədən təsərrüfatlara da ciddi ziyan vurub». C.Həsənov deyir ki, sel rayonun Zeylə kəndində iki maşını və taxta piyada körpüsünü yararsız vəziyyətə salıb. |
Azadlıq Trend
1