Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 06:46

Obamanın Türkiyədə reytinqi iki dəfə artıb


Barak Obama İstanbulda tələbələr qarşısında çıxış edir, 7 aprel 2009
Barak Obama İstanbulda tələbələr qarşısında çıxış edir, 7 aprel 2009
İngilis dilində çıxan «Saudi Gazette» yazır: «Barak Obama Amerikanın Yaxın Şərq siyasətində 10 ildir ki, görünməyən bir cəhəti ortaya qoydu. O da balansdır»

Obamanın çıxışını «Əl Cəzirə» televiziyası canlı göstərib və dərhal reaksiyaları öyrənib. Televiziyanın xəbər aparıcısı: «Obama təkrar elədi ki, Fələstin dövləti yaradılmalıdır və Amerika İranla danışmalıdır. Fələstin muxtariyyəti bu çıxışı gözəl başlanğıc adlandırıb. «Həmas» isə deyib ki, Amerika siyasətində real dəyişikliyə ehtiyac var».

«QAHİRƏDƏ YENİ BAŞLANĞIC»

Küveytdə çıxan «Khaleej Times» Obamanın çıxışını yalnız tərifləyir. «Qahirədə yeni başlanğıc» məqaləsində qəzet yazır ki, Obamanın yaxşı çıxış elədiyi məlumdur. Ancaq bu, «tarixi çıxış» oldu.

Birləşmiş Ərəb Əmirliyinin «Gulf News» qəzeti isə hərəkət gözlədiyini yazır. Qəzetin öz məqaləsinə verdiyi başlıq belədir:

«Obama sözlərinin arxasına iş qoymalıdır».

Türkiyənin «Zaman» qəzeti Obamanın çıxışını bir məqaləsində «tarixi» adlandırır, digər məqaləsində isə yazır ki, o, apreldə Türkiyəyə gələndən bəri onun bu ölkədə reytinqi iki dəfə artıb, indi 49 faizdir.

«CNN Türk» televiziyası isə deyir ki, Amerika Yaxın Şərq sülhünü necə gördüyünü uzun illərdən sonra açıq şəkildə elan elədi və aydın mesaj verdi.

«AMERİKANIN XARİCİ SİYASƏTİNDƏ BUŞ İLLƏRİ ARXADA QALDI»

İranda iyunun 4-ü qəzetlər işləmirdi, çünki İran inqilabının lideri Ayətulla Xomeyninin ölümünün 20 illiyi idi. Ona görə də İran qəzetlərinin reaksiyası yoxdur. Ancaq dövlət kanalı olan və ərəbcə yayılan «Əl Ələm» televiziyasında Obamanın çıxışı canlı göstərilib.

İranın dövlət televiziyası isə Obamanın dünyada islamın rolu və İranla şərtsiz danışıqlar haqda sözlərini xüsusi qeyd eləyib.

Pakistanın «Dawn» qəzeti: «İlk təəssürat belədir ki, Amerikanın xarici siyasətində Buş illəri doğrudan da arxada qaldı».

Pakistanın «The News» qəzeti isə öz başlığını belə qoyub: «Ritorika və reallıq». Qəzet yazır: «Hələ heç bir Amerika prezidenti Obamanın yolu ilə müsəlman dünyasına gedib çatmayıb. Biz Obamanın çıxışını alqışlayırıq. Ancaq bu, gurultulu alqışlar deyil. Biz ritorikadan reallığa keçməyi gözləyirik».
XS
SM
MD
LG