Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

ABŞ dövlət katibinin müavini gələn həftə Bakıya gələcək


ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filip Qordon gələn həftə Azərbaycana səfər edəcək. Bu barədə «Azadlıq» Radiosuna ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Terri Devidson deyib.

F. Qordon Azərbaycana səfəri iyunun 10-na nəzərdə tutulur.

Dövlət katibinin müavini iyunun 9-da Ermənistanda olacaq, daha sonra Gürcüstana gedəcək.
Səfər zamanı həm ikitərəfli münasibətlər, həm də regional problemlər müzakirə olunacaq.

F. Qordon bu vəzifədə Daniel Fridi əvəz edib. Bu onun regiona ilk səfəri olacaq.
XS
SM
MD
LG