Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:44

Hüseyn Arabulun azadlığa çıxması üçün apelyasiya şikayəti veriləcək


«Barmek-Azərbaycan» şirkətinin sabiq prezidenti Hüseyn Arabulun azadlığa çıxması üçün apelyasiya şikayəti veriləcək. Bu barədə Azadlıq Radiosuna onun vəkili Abbas Atakişiyev deyib.

«Hazırda məhkəmə qərarını öyrənirik. İlkin olaraq H.Arabul və onun hüquq müdafiəçilərində məhkəmə qərarından narazılıq var. Artıq apelyasiya şikayəti hazırlanıb. Biz haqq-ədalət gözləyirik. İnanırıq ki, onun azadlığa çıxması mümkün olacaq».

«Barmek-Azərbaycan» şirkətinin sabiq prezidenti Hüseyn Arabul Azərbaycandan Gürcüstana keçmək istəyərkən həbs olunub. Ona qarşı Cinayət Maddəsinin 318-ci maddəsi ilə (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz pozma maddəsi ilə) cinayət işi başlanıb. Barəsində 2 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. Hazırda Bayıl təcridxanasında saxlanılır.

Hüseyn Arabul Cinayət Maddəsinin mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə təqsirləndirilərək 5 il şərti azadlıqdan məhrum edilib. Bu müddətdə o Azərbaycanı tərk edə bilməz.

«Barmek» 2001-ci ilin noyabrında Azərbaycana gəlib. Şirkət Bakı və Sumqayıt elektrik şəbəkələrini 25 illiyə idarəetməyə götürüb. 2006-cı ildə isə hər iki şəhərin elektrik şəbəkələrinin idarə edilməsindən uzaqlaşdırılıb.
XS
SM
MD
LG