Keçid linkləri

Təcili xəbərlər
2023, 04 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:43

Barak Obama Almaniya kansleri ilə görüşüb


ABŞ prezidenti Barak Obama iyunun 5-də Almaniya kansleri Angela Merkellə görüşüb.

Danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında iki lider bildirib ki, bir sıra məsələlər, o cümlədən qlobal iqtisadi böhran, Yaxın Şərq məsələsi və İranın nüvə proqramı da müzakirə olunub.

Obama yenidən İranla dialoqa hazır olduqlarını deyib.

Amerika prezidentinin Almaniyaya səfər proqramı çərçivəsində keçmiş nasist konslageri Buxenvala gecəcək. Həmçinin İraq və Əfqanıstanda yaralanmış amerikalı əsgərlərin olduğu hospitala baş çəkəcək.

Almaniyadan sonra Obama Fransaya səfər edəcək.
XS
SM
MD
LG