Keçid linkləri

Təcili xəbərlər
2023, 01 İyun, Cümə axşamı, Bakı vaxtı 00:00

Atlantik okeanından tapılan hissələr itən təyyarəyə məxsus deyil


Atlantik okeanında tapılan metal hissələr «Air France» şirkətinin təyyarəsinə məxsus deyil.

Bu barədə Braziliyanın Hərbi Hava Qüvvələrinin generalı Ramon Kardozu deyib.

Onun sözlərinə görə bir qədər əvvəl tapılan hissələr bu növ təyyarənin istehsalı üçün istifadə edilmir. Eyni ilə suda tapılan yanacaq ləkəsi də hansısa gəmiyə məxsusdur.

«Air France» şirkətinə məxsus aerobus A-330 təyyarəsi iyunun 1-də Rio-de-Janeyrodan Parisə uçarkən Atlantik okeanında qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində 228 nəfər olub, onlardan heç biri tapılmayıb.
XS
SM
MD
LG